İdman

Milli komandaya yeni baş məşqçi təyin olundu

24 Fevral 2024 14:20
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin futbol milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Asiya təmsilçisini Branko İvanokviç çalışdıracaq.

69 yaşlı xorvatiyalı mütəxəssis serbiyalı Aleksandar Yankoviçi əvəzləyib.

Çin millisi Asiya kubokunda pley-off raunduna yüksələ bilməyib və bu üzdən mütəxəssisin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, İvankoviç 2010-cu ildə "Şandun Lunen"lə Çin çempionu adını qazanıb.

Onun son iş yeri Oman millisi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.