İdman

“Neftçi”də ciddi itkilər

24 Fevral 2024 12:25
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" Premyer Liqanın 24-cü turunda "Turan Tovuz"la keçiriləcək oyuna itkilərlə çıxacaq.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mikro zədələri olan Rəhman Hacıyev və Azər Əliyev bu matçı buraxmalı olacaqlar. Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki baş məşqçinin qərarı ilə "Turan Tovuz"la matçda iştirak edə bilməyəcək. Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.

Sabah keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyunu saat 15:00-da başlayacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.