İdman

“Qarabağ” Afrika Millətlər Kubokunda 141-ci olub

19 Fevral 2024 19:14
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya klublarının Afrika Millətlər Kubokundakı faydalılıq reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cədvələ turnirdə futbolçusu çıxış edən 385 klub yer alıb.

Azərbaycan çempionu "Qarabağ" da siyahıya daxil edilib. Ağdam klubunun futbolçusu Patrik Andrade Kabo-Verde millisi ilə yarışda iştirak edib.

Onun faydalılıq əmsalı 11,151 ilə qiymətləndirilib. "Qarabağ" bu göstərici ilə Afrikada 141-ci olub.

Siyahıya "Nottinhem Forest" başçılıq edir. İngiltərə klubunun 6 futbolçusunun ümumi reytinqi 93,017-ə bərabər olub. CAR-ın "Mamelodi Sandauns" klubunun 11 futbolçusu 87,544, Fransa "Marsel"inin 7 üzvü 79,908 xal toplayıb.

Qeyd edək ki, Patrik turnirdə keçirdiyi 2 oyunda 125 dəqiqə meydanda olub. O, CAR-la matçın penaltilər seriyasında komandasının sonuncu zərbəsini qaçırmaqla məğlubiyyəti rəsmiləşdirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.