"Bu qol çox vacib idi. Çünki mən komandama kömək etməyi bacardım".
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Braqa"nın futbolçusu Şer Ndur deyib.
Portuqaliya çempionatının "Farense" ilə ev oyununda (2:1) komandasının qələbə qolunu vuran 20 yaşlı fransalı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la Bakıdakı matçı barədə də iddialı danışıb: "Bu oyunda biz çox güclü və yaxşı təşkil olunmuş komanda üzərində qələbə qazandıq. İndi istirahət etmək və "Qarabağ"la görüşə yaxşı hazırlaşmaq vaxtıdır. Çünki vəziyyəti dəyişmək və mərhələ adlamaq üçün zəruri olan hər şeyimiz var. Qələbəsizliyə son qoymaq çox önəmli idi. Birgə əziyyət çəkib istəyimizə çatıb və belə də davam edəcəyik".
Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında cavab oyunu fevralın 22-də keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun