İdman

Bəhlul Mustafazadə: “İşimiz hələ bitməyib”

16 Fevral 2024 14:52
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox çətin və gərgin oyun keçdi".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə  "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə Portuqaliyadakı oyunundan qayıdan 27 yaşlı futbolçu bildirib ki, yaxşı və sərfəli nəticə qazanıblar: "Amma buna baxmayaraq, işimiz hələ bitməyib. Qarşıda bizi daha çətin oyun gözləyir. Bakıdakı matçda daha yaxşı oyun sərgiləməyi bacarmalı və çox diqqətli olmalıyıq. Buna görə də yaxşı şəkildə hazırlaşacağıq. Bakıda da qələbə üçün də əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qarabağ" səfərdə 4:2 hesablı qələbə qazanıb. Azərbaycan çempionu "Braqa"nı isə fevralın 22-də qəbul edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.