İdman

İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək

8 Fevral 2024 12:51
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk dəfə Xankəndi - Bakı ultra marafonu keçiriləcək.

Gənclər və İdman Nazirliyindən Milli.Az-a verilən məlumata görə, fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 360 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.

Nazirliyin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış "İdman həftəsi" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir.

Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 kilometr), Yevlax - Ucar (84 kilometr), Ucar - Hacıqabul (88 kilometr), Hacıqabul - Qobustan (70 kilometr) və Qobustan - Bakı (55 kilometr) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

"Qürurla irəli" şüarı ilə keçiriləcək ultra marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.