"Mançester Yunayted"in və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellayni karyerasını başa vurduğunu açıqlayıb.
Miili.Az lent.az-a istinadla bildirir ki, 36 yaşlı belçikalının son klubu Çinin "Şandunq" klubu olub. Fellayni əvvəllər "Mançester Yunayted", "Everton" və "Standard" klublarında çıxış edib. Onun Belçika millisində 87 oyunda 18 qolu var.
"Mançester Yunayted"lə Fellayni bir dəfə İngiltərə Kubokunu, Liqa Kubokunu, Ölkə Super Kubokunu və Avropa Liqasını qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun