İdman

Kadinin satış rekordu qırıla bilər: Yenə "Qarabağ"

2 Fevral 2024 01:10
Baxış: 1 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu mövsüm "Qarabağ"a transfer olunan Olavio Juninyo Avropa klublarının diqqət mərkəzindədir.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, İspaniya, İtaliya, Fransa, Belçika, Niderland və Rusiya təmsilçiləri forvardla maraqlanırlar. Menecerlər braziliyalını müxtəlif klubların rəhbərliyinə təklif edirlər.

Lakin 27 yaşlı hücumçunun müqaviləsindəki bənd Avropa klublarını düşündürməyə məcbur edir. Oyunçunun sərbəstqalma dəyəri olduqca yüksəkdir. Belə ki, hansısa klub Juninyonu transfer etmək istəsə, ölkə futbol tarixinin ən yüksək ödənişini etməlidir (Azərbaycan futbolunda ən bahalı satış 5 milyon avroya "Qarabağ"dan "Krasnodar"a transfer olunan Kadi Borges olub).

Qeyd edək ki, hücumçunu bu mövsüm "Qarabağ"ın heyətində 33 oyunda 19 qol vurub, 2 məhsuldar ötürmə edib. Juninyonun 2026-cı ilin iyununa qədər "köhlən atlar"la müqaviləsi var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.