İdman

Benzema Ronaldonun komanda yoldaşı olacaq?

31 Yanvar 2024 09:22
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Kərim Benzema Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nasr"la danışıqlar aparır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

Fransız forvard "Əl İttihad"da qalmasından narazıdır. O, başqa komandaya keçmək variantını nəzərdən keçirir.

Dekabrın sonunda Benzema Səudiyyə Ərəbistanını tərk etdi. O, "Əl İttihad"ın son məşqini buraxıb. Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilməyib. O da məzuniyyətdən sonra komandanın iclasına gəlməyib və cəzalandırılıb.

Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.