İdman

Afrika stadionlarını cazibədar edən gözəllər - FOTOlar

26 Yanvar 2024 01:01
Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 13-də başlayan Afrika Millətlər Kuboku tam sürətlə davam edir. Bu çempionatın yanvarda keçirilməsi futbol ictimaiyyətində birmənalı qarşılanmasa da, hər kəs buna hörmət etmək məcburiyyətindədir. İki ildən bir baş tutan Afrika çempionatı qitədəki hava şəraitinə uyğun olaraq yanvarda keçirilir. Yalnız istisna hallarda turnir yay aylarında baş tutur.

Milli.Az publika.az-a istinadən bildirir ki, bununla belə, bu yarışa maraq böyükdür. Çünki Afrika ölkələrinin bir çox futbolçusu Avropanın aparıcı çempionatlarının, klublarının üzvləri, hətta liderləridir. Artıq marafon ekvatora çatmaq üzrədir.

Bu yazıda sizə yarışın gedişatından yox, ona tribunalarda maraq qatan gözəl xanım azarkeşlərdən bəhs edəcəyik.

Bu dəfə turnir Fil dişi Sahilində keçirilir. Bu ölkənin insanlarının futbola böyük marağı var. Onlar demək olar ki, bütün oyunlarda tribunalarda yer alırlar. Xanımlar da kişilərdən geri qalmamağa çalışırlar. İştirakçı ölkələrdən də xeyli sayda azarkeş matçları izləmək üçün bu ölkəyə təşrif buyurub. Onların arasında zərif cinsin nümayəndələrinin sayı kifayət qədərdir.

Onlar turnirə əlavə rəng qatırlar. Bu il xanım fanatlar meydandakı ulduzlardan daha çox diqqət mərkəzindədirlər desək, yanılmarıq.

Tribunaların əsas gözəlləri kabo-verdeli xanım azarkeşlər hesab olunur. 600 min nəfərdən az əhalisi olan ölkənin milli komandası artıq pley-offa vəsiqə qazanıb. Bu o deməkdir ki, onlar turnirin bəzəyi olmağa davam edəcəklər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.