İdman

"Azarkeşləri irqçi olan komandaya texniki məğlubiyyət tətbiq edilməlidir"

22 Yanvar 2024 00:30
Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA prezidenti Canni İnfantino azarkeşləri tribunada irqçilik nümayiş etdirən komandaların sərt cəzalandırılmasını istəyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, şənbə günü "Milan"ın qapıçısı Mayk Menyan A Seriyasının 21-ci turunun matçında "Udineze" azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb. Oxşar hadisə dünən Çempionşipin 28-ci turunun "Şeffild Uensdey" - "Koventri" oyununda da baş verib. 

İnfantino özünün sosial şəbəkə hesabında yazıb: "Şənbə günü Udine və Şeffilddə baş verən hadisələr tamamilə iyrənc və qəbuledilməzdir. Cəmiyyətdə olduğu kimi futbolda da irqçiliyə, ayrı-seçkiliyə yer yoxdur. Şənbə günü baş verən hadisələrdən təsirlənən oyunçulara tam dəstəyimi bildirirəm.

Gələcək nəsillərin irqçiliyin futbolun və ya cəmiyyətin bir hissəsi olmadığını başa düşmələri üçün məktəblərdəki təhsildən başlayaraq bütün müvafiq maraqlı tərəflərin hərəkətə keçməsi lazımdır.

Üç mərhələli prosesə (matçın dayandırılması, yenidən dayandırılması, ləğv edilməsi) əlavə olaraq, azarkeşləri irqçi olan və matçın ləğvinə səbəb olan komanda üçün texniki məğlubiyyət, həmçinin stadionlara qadağa tətbiq etməliyik. 

FİFA və futbol irqçilik və hər cür ayrı-seçkiliyin qurbanları ilə tam həmrəydir. Birdəfəlik: irqçiliyə yox! Heç bir ayrı-seçkiliyə yox!".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.