İdman

Azarkeş ürək tutmasından vəfat etdi, oyun yarımçıq qaldı - FOTO

16 Yanvar 2024 00:22
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol dünyasında daha bir faciə yaşanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İngiltərədə oyun zamanı azarkeş dünyasını dəyişib. Birinci Liqa çərçivəsində şənbə keçirilən "Bolton" - "Çeltenhem Taun" matçının 29-cu dəqiqəsində azarkeş Yan Purslounun səhhətində problem yaranıb. Bundan xəbər tutan baş hakim Sunni Suhvir Gill oyunu dayandıraraq futbolçuları meydandan kənarlaşdırıb.

Komandaların həkimləri yardım göstərmək üçün tribunaya üz tutublar. Daha sonra Yan təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yerli xəstəxananın həkimləri 71 yaşlı Purslounun həyatını xilas etmək üçün sona qədər mübarizə aparıblar. O, ertəsi gün, yanvarın 14-də reanimasiyada dünyasını dəyişib.

"Bolton" sosial şəbəkə hesablarında "Rahat yat, Yan", - deyə paylaşım edib və azarkeşlərə, Yan Purslounun ailə üzvlərinə başsağlığı verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.