İdman

3 ulduz "Qalatasaray"dan ayrıla bilər

14 Yanvar 2024 18:51
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" klubunda 3 ayrılıq gözlənilir. 

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, "Cim-Bom"un oyunçuları Avropa nəhənglərinin transfer siyahısına düşüb. "Sabah" nəşrinin məlumatına görə, İngiltərədən "Arsenal", Fransadan PSJ ve Almaniyadan "Bayern" (Münhen) Saşa Boe ilə maraqlanır. "Sarı-qırmızılar" Boe üçün ən azı 20 milyon avro tələb edəcək.

İtaliyadan "Napoli" klubu isə Devinson Sançesi heyətində görmək istəyir. A Seriyası təmsilçisi futbolçunun agenti ilə danışıqlara başlayıb. 

Bundan əlavə, Vilfred Zaha Səudiyyə Ərəbistanı klublarının hədəfindədir. Lakin ərəblər "Qalatasaray"la əlaqəyə keçməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.