İdman

“Real” “Bavariya”nın oyunçusundan nəyi xahiş etdi?

9 Yanvar 2024 23:15
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" "Bavariya"nın müdafiəçisi Alfonso Devisi transfer etmək üzərində işləyir.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Real"ın baş skautu Yuni Kalafat Devisə "Bavariya" ilə müqaviləni yeniləməməli olduğunu deyib.

Madrid klubunun nümayəndələri bir neçə aydır ki, kanadalı müdafiəçinin ətrafı ilə əlaqə saxlayırlar. "Real" yayda 23 yaşlı futbolçu üçün təklif göndərməyə hazırdır.

Devisin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Müqavilənin uzadılması ilə bağlı danışıqlar Devisin maliyyə tələblərinə görə çətinləşir, "Bavariya" bunu yerinə yetirmək istəmir - müdafiəçi ildə 10-13 milyon avro istəyir. Mümkündür ki, Münhen klubu futbolçunu bir ildən sonra pulsuz itirməmək üçün bu yay onu satmağa məcbur olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.