İdman

“Arda Gülərin möhtəşəm xarakteri var” - Ançelotti

7 Yanvar 2024 20:08
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Türkiyə yığmasının üzvü Arda Gülər "Real"ın heyətində ilk rəsmi oyununa çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti qarşılaşmadan sonra Arda haqda danışıb. İtalyan mütəxəssis 18 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər deyib:

"Arda Gülər yavaş-yavaş səviyyəsini yüksəldəcək. Meydanda keyfiyyətini göstərdi. Vacib olan zədədən qayıtması idi. Onun möhtəşəm xarakteri var. Bu, "Real"da çox önəmlidir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.