İdman

Musa Qurbanlının İsveç təmsilçisindəki taleyinə aydınlıq gətirildi

3 Yanvar 2024 19:43
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Musa Qurbanlı 2024-cü ildə komandada qalacaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "Yurqorden" klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindəki taleyi ilə bağlı danışarkən deyib.

Funksioner 21 yaşlı hücumçunun komandadan getməyəcəyini bildirib:

"O, ötən mövsümkü çıxışından məyusdur. Həmçinin, daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır".

Bosse Andersson Musa Qurbanlıya inamlarını itirmədiklərini söyləyib:
"Cəmi altı aydır ki, bizimlədir. Onunla uzunmüddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır".

Qeyd edək ki, Musa Qurbanlının klubu ilə müqaviləsi 2026-cı ilədək qüvvədədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.