İdman

Nazir Xankəndidəki oyundan danışdı

30 Dekabr 2023 19:04
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçının Xankəndi şəhərində keçirilməsi idman tariximiz üçün şərəfli səhifədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov dekabrın yekunlarına həsr olunmuş yazısında bildirib.

Nazir dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan "Qarabağ"-MOİK görüşünü ilin hadisəsi adlandırıb:

"Şübhəsiz, təkcə dekabrın deyil, ilin ən sevincli idman hadisəsi Xankəndidə yaşandı. Oyunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın stadionda şəhid övladları ilə birgə izləməsi qürurverici idi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.