İdman

Faiq Qarayev yenidən millinin baş məşqçisi oldu

27 Dekabr 2023 10:32
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Faiq Qarayev yenidən voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, təqdimat Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında gerçəkləşib.

Qurumun prezidenti Şahin Bağırov təyinatı açıqlayıb.

64 yaşlı mütəxəssis bu postda türkiyəli Ataman Güneyligili əvəzləyib.

Müxtəlif vaxtlarda yığmanın "sükanı arxasında" olan təcrübəli baş məşqçi son dəfə 2018-ci ildə Yaponiyada təşkil olunan dünya çempionatında komandaya rəhbərlik edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.