İdman

Xankəndini təmsil edəcək klub bəlli oldu

25 Dekabr 2023 19:32
Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni mövsümdən Xankəndinin Azərbaycanın futbol xəritəsində yer alacağı barədə məlumat vermişdik. Artıq bu prosesin detalları müəyyənləşib.

Publika.az-ın əldə etdiyi məlumata görə, MOİK yeni mövsümdən sözügedən şəhərimizi təmsil edəcək. Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb.

Əvvəlcə klub rebrendinq edilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən "Qarabağ"la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri MOİK-in titul sponsoru olub.

MOİK-in yeni mövsümdən hansı liqada çıxış etməsindən asılı olmayaraq Xankəndini təmsil edəcəyi artıq dəqiqləşib. Futbol komandasının məskunlaşması üçün baza və şərait yaradılacaq.

Bundan əlavə, yaxın gələcəkdə Mərkəz Ordu İdman Klubunun nəzdində fəaliyyətdə olan bütün idman növləri üzrə idmançıların və komandaların da qədim şəhərimizdə məskunlaşması planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.