İdman

“Çətin ki, Bojoviçin “Neftçi”yə faydası olsun" - FOTO

25 Dekabr 2023 19:16
Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düşünürəm ki, bu, Bojoviçin karyerasının davamı üçün yaxşıdır. "Neftçi" tanınmış klubdur. Hesab edirəm ki, Azərbaycanın ən güclüsüdür". 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri 2007-10-cu illərdə "Lokomotiv"in (Moskva) prezidenti olmuş Nikolay Naumov Miodraq Bojoviçin "Neftçi"yə baş məşqçi təyin olunmasına münasibət bildirərkən deyib. Bojoviç 2014-15-ci illərdə "Lokomotiv"in də baş məşqçisi işləyib. 

Təyinatla bağlı Rusiyanın "rusfootball.info" saytına açıqlama verən Naumov qeyd edib ki, monteneqrolu mütəxəssisin "Neftçi" üçün faydalı olacağına inanmır: "Yadımdadır, "Neftçi" bir neçə dəfə bizim komandalarla oynayıb. Ona görə də mənə elə gəlir ki, bu, Bojoviç üçün yaxşı variantdır. Bojoviçin təyinatının "Neftçi" üçün yaxşı olub-olmamasına gəlincə, onun işi ilə bağlı o qədər də məlumatlı deyiləm. Adətən, bir-iki ildən sonra onun komandası çökür. Onun bütün komandaları bu cür çıxış edib. Buna görə də düşünürəm ki, Bojoviçin çətin ki, "Neftçi"yə faydası olsun. Buna baxmayaraq, o, tanınmış məşqçidir. Azərbaycanda Bojoviçdən güclü məşqçi olduğunu da düşünmürəm. Görək, necə olacaq. Onun orada komanda quracağını indi birmənalı demək mümkün deyil. Mənə elə gəlir ki, 1-2 ildən sonra bizim klublardan qovulduğu vaxtlardakı kimi mənzərə yaşanacaq".

Xatırladaq ki, "Neftçi" ötən gün Adrian Mutu ilə yolları ayırdığını və Miodraq Bojoviçin təyinatını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.