İdman

Azərbaycan futbolunda əlbəyaxa dava - VİDEO

25 Dekabr 2023 17:37
Baxış: 1 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Birinci Liqasının 12-ci turu çərçivəsində keçirilən "Karvan"-"Zaqatala" matçında insident yaşanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə oyunun 88-ci dəqiqəsində reallaşıb. Hesabda öndə olduqları zaman qonaqların futbolçusu yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin futbolçularının xoşuna gəlməyib. Nəticədə ona etiraz edərək vaxtı uzatmamasını istəyiblər. Bu zaman ara qarışıb.

"Karvan"ın hücumçusu Ruslan Voronsov çiyni ilə rəqib futbolçuya zərbə endirib. Bundan sonra ara bir az da qarışıb. Nəticədə futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu, oyundakı ilk insident deyildi. "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanmışdı. Ancaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya "qırmızı" göstərmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.