İdman

Messi imzalı formasını Zalujnıya göndərdi - FOTO

24 Dekabr 2023 15:42
Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter Mayami" klubunun argentinalı ulduzu Lionel Messi imzalı formasını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı messenat Yuri Sapronov özünün Feysbuk səhifəsində məlumat verib.

Sapronov bildirib ki, Mayamidə olarkən ukraynalı futbolçu Sergey Krivtsovun köməyi ilə klubun məşqinə qatılıb və Messi ilə görüşüb.

Bu zaman Messi üzərinə "Valeri" yazdığı formasına Sapronova verib. Sapronov da öz növbəsində üzərində Zalujnını fotosu olan "Tayms" jurnalının bir nüsxəsini Messiyə hədiyyə edib.,

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.