İdman

İngiltərədə rekord təkrarlandı

22 Dekabr 2023 10:20
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 18-ci turunun açılış oyununda "Kristal Pelas"la "Brayton" hərəyə 1 qol vurub 1 xalla (1:1) kifayətləniblər.

Milli.Az fanat.az-a istinadən  xəbər verir ki, bu nəticə İPL-də rekordun təkrarlanması deməkdir.

Belə ki, tərəflərin ardıcıl son 5 qarşılaşmasında eyni - 1:1 hesabı qeydə alınıb. 

Şəxsi görüşlərdəki ilk belə seriya 2005-2009-cu illərə təsadüf edib. Belə ki, bu müddətdə "Mançester Siti" ilə "Tottenhem" arasında baı tutan ardıcıl 5 matçda "şəhərlilər" eyni - 2:1 hesabı ilə qalib gəliblər. 

Qeyd edək ki, "Brayton" 18 oyunda 27 xal toplayaraq 8-ci yerdə qərarlaşıb. 15-ci y, pillədə olan "Kristal Pelas"ın isə 18 xalı var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.