İdman

“O qolun müəllifi olmaq şərəfdir” - Nəriman Axundzadə

21 Dekabr 2023 17:50
Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu cür tarixi oyunda həyəcanlı idim. Çox yaxşı matç keçdi". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə deyib. 

Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə matçda qol vuran futbolçu düşüncələrini bölüşüb: "Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Şəhidlərimizə həsr edirəm".

Qeyd edək ki, bu gün "Qarabağ"la MOİK arasında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. "Qarabağ" hesabı 90+5-ci dəqiqədə açıb, Nəriman Axundzadə fərqlənərək tarixi qolun müəllifi olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.