İdman

Salaha fantastik təklif

19 Dekabr 2023 17:09
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı klublarından biri Mohamed Salahı heyətinə qatmaq niyyətindədir.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə İngiltərənin ən çox tirajlı qəzetlərindən olan "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, Ərəbistan klubu mövsümün sonunda "Liverpul"un super ulduzuna illik 200 milyon avro qazanc vədi ilə transfer təklif edəcək.

Qeyd edək ki, 2017-ci ildə 42 milyon avroya "Roma"dan "Liverpul"a transfer olunan 31 yaşlı futbolçu bu mövsüm 23 matçda 14 qol vurub, 8 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.