İdman

Acun “Hall Siti”nin ilk transferini açıqladı - 2-3 bomba…

20 Dekabr 2023 02:55
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Çempionşipdə çıxış edən "Hall Siti"nin türkiyəli sahibi Acun Ilıcalı artıq qış transfer pəncərəsinin ilk transferini reallaşdırdıqlarını açıqlayıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, bu barədə BBC-yə verdiyi açıqlamada bildirib:

"Artıq bir futbolçu ilə qış transfer pəncərəsi üçün razılaşdıq. Transfer dövrünün ilk günlərində bunu rəsmən açıqlayacağıq. Azarkeşlərimizi sevindirəcək 2-3 transfer də etmək istəyirik".

Futbolun əyləncə oyunu olduğunu bildirən türkiyəli iş adamı qapalı matçlara nifrət etdiyini deyib:

"0:0 hesabı ilə bitən matçlar mənlik deyil. Liam Rosenior komandanın çalışdırıcısı olduqdan sonra 3 və ya 4 matçımız 0-0 bitib. Futbol bir əyləncə oyunudur".

Qeyd edək ki, "Hall Siti" İngiltərə çempionatında 22 matçda 10 qələbə, 6 məğlubiyyət və 6 heç-heçə edib. "Narıncı-qaralar" 36 xalla 6-cı pillədə qərarlaşıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.