İdman

Qurban Qurbanov püşkatma ilə maraqlanmadı - SƏBƏB

18 Dekabr 2023 22:36
Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Braqa" ilə oyunlar bizim üçün böyük təcrübə olacaq".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

51 yaşlı mütəxəssis bu raunddakı rəqibləri olan Portuqaliya təmsilçisi "Braqa"nın güclü komanda olduğunu bildirib:

"Fikrim "Neftçi" ilə oyunda olduğu üçün püşkatma ilə çox maraqlanmadım. Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ciddi yanaşan, möhkəm komandalardır. Rəqiblə maraqlandıqdan sonra daha yaxşı məlumat verə biləcəyik. Yaxşı futbol göstərməyi bacaran kollektivdir. Matça hələ iki aya yaxın vaxtımız var".

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.