İdman

Tahir Gözeldən "Qarabağ"a təbrik mesajı

16 Dekabr 2023 05:45
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" klubunun prezidenti Tahir Güzel UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"a 2:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə komandanı təbrik edib.

Milli.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbəri Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasına yüksələn komandanın bu nailiyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Bu tarixi nəticənin qazanılmasında Qarabağ ruhunun, birıiyinin başlıca rol oynadığını vurğulayan Tahir Gözəl komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Qeyd olunub ki, klub prezidenti dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimində iştirak edəcək. Tahir Gözel "Qarabağ"ın pley-offdakı rəqibinin müəyyənləşməsini canlı izləyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.