İdman

"Sevilya" sonuncu dəfə 10 il əvvəl belə uğursuzluq yaşamışdı

13 Dekabr 2023 12:16
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Sevilya" klubu Çempionlar Liqasının son qrup oyununda "Lans"a uduzaraq (1:2) avrokubokla vidalaşıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, beləliklə, əndəlusiyalılar 10 ildən sonra uğursuzluqla üzləşiblər. 

Belə ki, "Sevilya" 2012/13 mövsümündən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində oynamayacaq

Maraqlıdır ki, 2013/14 mövsümündən etibarən "Sevilya" müntəzəm olaraq istənilən Avropa kubokunun pley-off mərhələsində çıxış edib: istər Çempionlar Liqası, istərsə də Avropa Liqası. O vaxtdan bəri "Sevilya" beş dəfə UEFA Avropa kubokunu qazanıb.

"Sevilya" sonuncu dəfə avrokubokların pley-off mərhələsində oynamadığı mövsümdə ümumiyyətlə qitə turnirlərinə vəsiqə qazanmayıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.