İdman

Türkiyə çempionatında hakimin döyülməsinə görə bütün oyunlar təxirə salındı

12 Dekabr 2023 07:35
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə futbol matçından sonra hakim Halil Umut Melərin döyülməsinə görə bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bildirib.

"Hörmətli hakimimiz Halil Umut Melərə belə hücum edilməsi bizi çox kədərləndirdi. Buna səbəb olan klublar və menecerlər: Biz nə etdik? Bu hücumu qınayır və lənətləyirik. Ümid edirik ki, qanun qarşısında cavab verəcəklər. Ümid edirik ki, ədalət yerini tapacaq", - deyə TFF prezidenti bildirib.

Mehmet Büyükekşi deyib ki, bu xain hücum təkcə hakimə deyil bütün türk futboluna qarşı edilən hərəkətdir.

"Hakimləri hədəf alan hər kəs bu cinayətin ortağıdır. Klub və onun idarəçiləri ən ağır şəkildə cəzalandırılacaq", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.