İdman

"Kəpəz"in 406 gün sonra ilk böyükhesablı qələbəsi

11 Dekabr 2023 10:32
Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kəpəz" Misli Premyer Liqasının 2023/24 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb. 

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi səfərdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

Qərblilər sonuncu dəfə üç və ya daha çox top fərqli qələbəyə ötən mövsümdə sevinmişdi. 2022-ci il oktyabrın 29-da "Səbail"lə qarşılaşan "Kəpəz" 3:0 hesablı ev qələbəsindən 406 gün sonra eyni nəticəyə imza atıb.

Gəncəlilər rəqib meydanındakı böyükhesablı qələbəni isə 2772 gün sonra əldə edib. 7 il 7 ay öncə - 2016-cı il mayın 7-də "Xəzər Lənkəran"ın qonağı olan "Kəpəz" rəqib qapısından 3 top keçirib.

Qeyd edək ki, bu klub tarixində Premyer Liqada qazanılan 94-cü böyükhesablı qələbə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.