İdman

"Real" bu futbolçuya qərar verməsi üçün 15 gün vaxt verəcək

6 Dekabr 2023 19:05
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" Klilian Mbappe sevdasından əl çəkmir.

Milli.Az "Offsideplus.az"-a istinadən xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçunu yenidən transfer etmək istəyir. 

"Kral" yanvarın 1-də Mbappeyə yeni təklif irəli sürəcək. Hücumçunun bunu dəyərləndirməsi üçün 15 gün vaxt verəcək. "Real" Mbappe ilə şifahi razılaşma əldə etməyəcək. Futbolçu yanvarın 15-də yekun qərarını verərək ilkin müqaviləyə imza atmalıdır.

Əgər Mbappe bu zamana kimi "Real"a müsbət cavab verməsə, Madrid təmsilçisi "Mançester Siti"nin hücumçusu Erlinq Holannı yayda həyətinə qatmağa çalışacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.