Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv bağlanış matçında Farer adalarını qəbul edəcək.
"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.
C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Bu görüş də eyni vaxtda başlayacaq.
Yığmamızın 13 xalı var. Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun