İdman

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

29 Noyabr 2023 21:07
Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda "Olimpiakos"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 4:0. Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 3:0 hesabı ilə məğlub olan "qırmızı-qaralar" mübarizəni dayandırıb.

Qeyd edək ki, "Qəbələ" I təsnifat mərhələsində Macarıstanın "Puşkaş Akademiya" klubunu üstələyib - 1:1, 1:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.