İdman

VAR-da köklü dəyişikliklər – Reqbi qaydası futbola gətirilir

29 Noyabr 2023 11:38
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonda Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) növbəti iclası keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, toplantıda VAR-ın səlahiyyətlərinin genişləndirilməsi imkanları müzakirəyə çıxarılıb.

İclasda matçın davam etdiyi müddətdə qayda pozuntusuna yol verən və ya hakimə etiraz edən futbolçuların 10 dəqiqəlik meydandan kənarlaşdırılması cəzası da gündəmə gətirilib. Eyni zamanda, reqbidə olduğu kimi, hakimə yalnız komanda kapitanının yaxınlaşması qaydasının tətbiq edilməsi təklif olunub.

IFAB İdarə Heyətinin üzvləri VAR hakiminin künc və cərimə zərbələrinə, həmçinin ikinci sarı vərəqələrə müdaxilə edib-etməməsi məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu qaydaların tezliklə pilot layihəsi kimi tətbiqinə qərar verilib.

Qeyd edək ki, görüşdə müzakirə olunan məsələlər 2024-cü ilin martında IFAB-ın Baş Assambleyanın iclasında səsverməyə çıxarılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.