İdman

İrlandiya polisi Makqreqora qarşı iş açıb

27 Noyabr 2023 18:36
Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyada yerli polis keçmiş UFC (Mütləq Döyüş Çempionatı) çempionu Konor Makqreqora qarşı etnik ədavəti qızışdırmaq ittihamı ilə bağlı istintaqa başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Makqreqor bir müddət əvvəl ölkədəki iğtişaşlardan danışıb, sosial şəbəkələrdə yazıb ki, hökumət "İrlandiyanın təhlükəsizliyini təmin etməsə", bunu özü edəcək.

İrlandiya polisi nifrət yaymaqda şübhəli bilinən keçmiş UFC çempionuna qarşı istintaqa başlayıb.

Qeyd edək ki, noyabrın 23-də Dublində bıçaqla silahlanmış Əlcəzair vətəndaşı olan şəxs yoldan keçənlərə hücum edərək beş nəfəri yaralayıb. Konor İrlandiya hökumətini və immiqrasiya siyasətini tənqid edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.