İdman

"Milan"ın əfsanəsi Azərbaycan millisinin baş məşqçisi ola bilər

22 Noyabr 2023 18:32
Baxış: 3 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul edilib.

67 yaşlı italyan mütəxəssis millidəki vəzifəsinə davam etmək istəmədiyini bildirib və qurum baş məşqçi ilə sözləşməni yeniləməmək qərarına gəlib.

Bundan sonra AFFA yığmanın baş məşqçi postuna namizəd şəxslərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu da yaradıb.

Futbol ictimaiyyətində gözləntilər əsasən yerli baş məşqçilərdən yanadır. Lakin Azərbaycan millisinin "sükan"ı yenidən xarici, özü də yenə italyan məşqçiyə həvalə oluna bilər.

Milli.Az xəbər verir ki, Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bu, İtaliya yığmasının və "Milan"ın əfsanəvi futbolçularından olan Alessandro Nestadır.

Belə ki, 47 yaşlı Nesta yanvar ayında seçməmizin başına keçə bilər. Mənbəmizin məlumatına görə, 47 yaşlı mütəxəssis ilinə 1 milyon avro qarşılığında Azərbaycanda çalışa bilər.

Qeyd edək ki, Nesta hazırda İtaliya B Seriyasında mübarizə aparan "Recciana"nı çalışdırır.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.