İdman

Samir Abasov cəzalandırıldı

16 Noyabr 2023 16:55
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna Misli Premyer Liqasının XIII turunun "Neftçi" - "Sumqayıt" oyunu bitdikdən sonra baş verənlər səbəb olub. Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb.

O, sentyabrın 19-da təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza da qüvvəyə minib. O, bu cəza əvvəlkinin üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun diskvalifikasiya edilib. "Sumqayıt" isə 1000 manat cərimə edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.