İdman

Rivaldo və Neymarın bacısı dövlət çevrilişində iştirak edib

15 Noyabr 2023 12:56
Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya futbolununun tanınmış simalarından olan Rivaldo və "Əl-Hilal"ın futbolçusu Neymarın bacısı Rafaella Santos Braziliyada dövlət çevrilişinə iştirak edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Marca" nəşri yazıb. 

Nəşrin yazdığına əsasən, Braziliyada prezident Lula da Silvanın qələbəsindən sonra iğtişaşlar və dövlət çevrilişi cəhdlərində Rivaldo və Rafaella Santosun da adı hallanır. 

Prokurorluq onları dövlət çevrilişinə cəhdləri maliyyələşdirməkdə ittiham edib. İğtişaşlar Lula da Silvanın Jair Bolsonaro üzərində qələbəsinə qarşı təşkil olunub. Rivaldo iğtişaşların təşkilinə 10 min avro ianə verməkdə ittiham edilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.