İdman

“Fənərbağça” səfərdə xal itirdi

13 Noyabr 2023 00:18
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, turun son matçında "Fənərbağça" səfərdə "Adana Demirspor"un qonağı olub.

Matçda hesab açılmayıb və tərəflər hərəyə bir xal qazanıblar.

Bu nəticə ilə xallarını 31-ə çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. 22 xalı olan "Adana Demirspor" isə üçüncü pillədə qərarlaşıb.

Günün digər görüşlərində "Beşiktaş" "Başakşehir"i, "Rizespor" "İstanbulspor"u, "Pendikspor" isə "Samsunspor"u 1:0 hesabı ilə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.