İdman

"Zirə" liderliyini davam etdirir

12 Noyabr 2023 19:11
Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 64-cü dəqiqədə penaltidən Qismət Alıyev vurub.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "qartallar" liderliyini davam etdirir. "Qəbələ" 8 xalla sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, tura bu gün oynanılacaq "Qarabağ" - "Səbail" görüşü ilə yekun vurulacaq. Əvvəlki matçlarda "Kəpəz" "Araz-Naxçıvan"ı (1:0), "Sumqayıt" "Neftçi"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:2) məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.