İdman

Azərbaycanlı futbolçunun komanda yoldaşı oyun zamanı vəfat etdi

11 Noyabr 2023 19:56
Baxış: 1 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi "Eqnatiya" klubunun hücumçusu Rafael Dvamena oyun vaxtı vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanalı forvard Albaniya Superliqasının XIII turunda bu gün "Partizani"yə qarşı keçirilən matçın 24-cü dəqiqəsində huşunu itirərək yerə yıxılıb.

28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun ürəktutmadan öldüyü bildirilib.

Rafael Dvamenanın ürəyinə 2020-ci ildə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsümün əvvəlindən "Eqnatiya" komandasında çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.