"Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klubu "Universitatya Krayova"nı aldadıb.
Milli.Az report-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis müqavilənin ləğvi üçün razılaşdırılan 300 000 avro təzminatı kluba ödəməyib.
Bunu "Universitatya Krayova"nın sahibi Mixay Rotaru açıqlayıb. O bildirib ki, mövsümün gedişində sözləşməyə təktərəfli xitam verən və Səudiyyə Ərəbistanının "Əl-Tai" klubunun "sükanı arxasına" keçən Regekampfla bağlı məhkəməyə müraciət olunub.
Qeyd edək ki, Laurentsiu Regekampf ötən mövsümün sonunda "Neftçi"dən ayrılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun