İdman

"Barselona"da növbədənkənar iclas

8 Noyabr 2023 21:06
Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın baş məşqçisi Xavi Ernandes UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"a məğlubiyyətdən (0:1) sonra futbolçuları ilə 45 dəqiqəlik növbədənkənar görüş keçirib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bu gün Xavi "Barselona"nın bütün futbolçu və məşqçi heyətini paltardəyişmə otağına toplayıb. İspaniyalı mütəxəssis komanda ilə motivasiya söhbəti aparıb. Görüşün müsbət mənada keçdiyi qeyd edilir. Heyət və futbolçular belə qənaətə gəliblər ki, oyunda yaranan problemlərə tez bir zamanda son qoyub, qarşıdakı matçlarda yüksək pilləyə qalxmaq lazımdır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4 turundan sonra "Barselona"nın 9 xalı var və H qrupunda 1-ci yeri tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.