İdman

Neveş İngiltərəyə qayıdır - Danışıqlar başladı

7 Noyabr 2023 10:38
Baxış: 691
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Keçən yay "Vulverhempton"dan "Əl-Hilal"a keçən Ruben Neveş yenidən İngiltərəyə qayıtmağa yaxındır. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Nyukasl" yarımmüdafiəçinin keçidi üçün Səudiyyə Ərəbistanı klubu ilə danışıqlara başlayıb.

İnformasiyanı tanınmış insayder Nikolo Skira yayıb. 

"Sağsağanlar"ın rəhbərliyi portuqaliyalı futbolçunu mövsümün sonuna qədər cəzalı olan Sandro Tonalinin yerinə prioritet namizəd kimi görür. İngilis klubu 26 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. 

Ruben Neveşin transferi Səudiyyə Ərəbistanı klubuna 55 milyon avroya başa gəlib. "Transfermarkt" futbolçunun hazırkı dəyərini 40 milyon avro qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.