İdman

Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"

25 Oktyabr 2023 22:20
Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın yaxşı strukturu və təcrübəli futbolçuları var. Bu, oyuna maksimum ciddi yanaşmağımızı tələb edir. Bu oyun bizim üçün çox vacibdir. Biz meydana mütləq əsas heyətlə çıxacağıq".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Qarabağ"la qarşı keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis qrupun qalibi olmağı hədəflədiklərini bildirib: "Əsas məqsəd sabahkı oyunda qələbə qazanmaqdır. Qələbə ilə qrupdan çıxmaq yolunda mühüm addım ata bilərik. Növbəti iki oyunda bunun açarı bizdə olacaq. Biz mümkün qədər tez irəliləmək istəyirik. Hər iki komandanın 6 xalı var. Bilirik ki, bu oyun bizim üçün nə qədər vacibdir. Qalib gələcəyimiz halda biz demək olar ki, qrupdan çıxacağıq".

Xabi Alonso sabahkı matçda rotasiyalara gedəcəyini istisna etməyib. 41 yaşlı mütəxəssis qarşıda komandanı üç ağır oyun gözlədiyini də söyləyib: "Amma ən ağır oyun sabahdır. Rəqibimiz yaxşı komandadır". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.