İdman

“Barselona”nın futbolçusu “Qalatasaray”a gedir? - Ortalığı qarışdıran iddia

24 Oktyabr 2023 10:23
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın "Beşiktaş" üzərindəki qələbəsi ilə bağlı paylaşımını bəyənən "Barselona"nın futbolçusu İlkay Gündoğanın Türkiyəyə transfer olacağı barədə iddia ortaya atılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Gündoğanın "Qalatasaray"ın postunu bəyənməsi və şərh yazması belə xəbərlərin dərc edilməsinə səbəb olub.

Bildirilir ki, bundan əvvəl adı "Qalatasaray"la hallanan İlkay Gündoğan "Qalatasaray" azarkeşidir. O, müsahibəsində "Qalatasaray" azarkeşi olduğunu bildirib. İddialara görə, Türkiyə klubu futbolçunu transfer etməkdə maraqlı olsa da, hələki bu reallaşmayıb. Mövsümün əvvəllində də oxşar iddialar ortaya atılıb. Növbəti mövsümdə futbolçunun "Qalatasaray"ın hədəfində olduğu və Gündoğanın karyerasının sonunda Türkiyədə futbol oynaya biləcəyi qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.