İdman

Azərbaycanlı futbolçu çətin sınaq qarşısında

22 Oktyabr 2023 13:29
Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Renat Dadaşovun komandası bu gün "Fənərbağça" ilə üz-üzə gələcək

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Super Liqasında bu gün növbəti oyununu keçirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu komanda IX turda "Fənərbağça"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, əvvəlki bütün matçlarda qələbə qazanan İstanbul təmsilçisi 24 xalla ikinci, "Hatayspor" isə 14 xalla beşinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.