İdman

Türkiyə Bakını yox, Ər-Riyadı seçdi

21 Oktyabr 2023 10:57
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə superkubokunun oyununun keçiriləcəyi ölkə müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib. Son çempion "Qalatasaray"la kubokun qalibi "Fənərbağça" arasında keçiriləcək qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində (Al-Awwal Park Arena) təşkil olunacaq. Matç dekabrın 30-na təyin edilib. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Qeyd edək ki, bu günlərdə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Azərbaycan tərəfinin də bu matça ev sahibliyi etmək istədiyini bildirib. Lakin o, bu oyunu qəbul etmək üçün "Azərbaycanda pul olmadığını" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.