İdman

Salah dünya liderlərinə çağırış etdi

19 Oktyabr 2023 09:14
Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah Fələstinlə İsrail arasındakı münaqişəyə münasibət bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə hücumçu sosial şəbəkədə paylaşım edib.

"Belə vaxtlarda danışmaq həmişə çətindir. Həddindən artıq zorakılıq və ürək ağrıdan qəddarlıq baş verir. Son həftələrdəki eskalasiyanı izləmək qorxuncdur. Bütün həyatlar müqəddəsdir və qorunmalıdır. Bu hadisələrə son qoyulmalıdır. Ailələr dağılır. İndi aydın olan odur ki, humanitar yardım dərhal Qəzzaya çatmalıdır. Orada insanlar dəhşətli vəziyyətdədir. Xəstəxanada dünən başverənlər dəhşətli idi. Qəzza əhalisinin təcili olaraq qida, su və dərmana ehtiyacı var. Mən dünya liderlərini günahsız insanların qırılmasının qarşısını almağa çağırıram. Bəşəriyyət qalib gəlməlidir", - Salah videomüraciətdə deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.